
BAKI, 26 mart. TELEQRAF
Avropa liderlərinin Ukraynaya ABŞ-nin göstərdiyi səviyyədə dəstəyi təmin etmək üçün pulu və siyasi iradəsi yoxdur.
Teleqraf xəbər verir ki, bu fikir “The New York Times” nəşrinin analitik məqaləsində qeyd olunub.
Qəzet yazır ki, sözlə əməl arasında istər-istəməz uçurum yaranır.
"Onsuz da birlik zəifləyir, xüsusən də iqtisadi artımın aşağı olduğu, borcların çox olduğu bir dövrdə...Niderland və digərləri müdafiə xərcləri üçün kollektiv borcun dərinliyinə getmək istəmir".
Məqalədə bir daha vurğulanır ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallasın Ukraynaya 40 milyard avro yardım göstərməyi nəzərdə tutan planı dəstəklənməyib. Onun Kiyevə 5 milyard avro məbləğində hərbi yardım göstərmək təklifi İtaliya, Slovakiya və Fransa tərəfindən rədd edilib. Ölkələr yardımın ikitərəfli və könüllü əsasda həyata keçirilməsində təkid ediblər.