BAKI, 20 mart. TELEQRAF

İsveç ölkənin şimalında Rusiyaya qarşı mübarizə aparmaq üçün yüksək hazırlıqlı qoşunlar hazırlayır.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

Jurnalın məlumatına görə, İsveç Arktikada döyüş əməliyyatları aparmaq üçün yeni nəsil əsgərlər hazırlayır. Bu briqada ölkə ordusunun digər hissələri ilə müqayisədə daha sürətlə genişlənir.

Eyni zamanda, hərbi təlim Finlandiya və Norveçin öz ərazisində nəzərdə tutulub. ABŞ-dən olan hərbçilərin də İsveçin şimalında təlim keçdiyi bildirilib.