
BAKI, 18 mart. TELEQRAF
Martın 18-dən etibarən Estoniya ilə Rusiya arasında mülki, ailə və cinayət işlərində hüquqi yardım haqqında saziş qüvvəsini itirəcək.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Agentliyin qeyd etdiyi kimi, saziş 1995-ci ildən qüvvədədir və hər beş ildən bir avtomatik yenilənirdi.Estoniya tərəfi hesab edir ki, Rusiya Federasiyası ilə hüquqi yardım sahəsində əməkdaşlıq beynəlxalq konvensiyalar çərçivəsində mümkündür.
Rusiya Estoniyanın bu cür hərəkətlərini ruslara qarşı ayrı-seçkilik kimi qiymətləndirir.
Estoniya Ədliyyə Nazirliyi razılaşmanın ləğvinin estoniyalılar üçün də çətinliklər yarada biləcəyini etiraf edib. Xüsusilə, Rusiya sakini ilə nikah bağlamaq və ya pozmaq proseduru daha da mürəkkəbləşəcək.