BAKI, 17 mart. TELEQRAF

İtaliya A seriyasında 29-cu turun mərkəzi oyununda “İnter” səfərdə “Atalanta”nı məğlub edib – 2:0.

Teleqraf xəbər verir ki, milanlıların ilk qolunu oyunun 54-cü dəqiqəsində Hakan Çalhanoğlunun ötürməsini qola çevirən Karlos Auqusto vurub. Oyunun 87-ci dəqiqəsində Lautaro Martinez “İnter”i qələbəyə daşıyıb.

Çempionluğa iddialı “Napoli” səfərdə “Venetsiya”nı uda bilməyib(0:0).

Turun daha bir maraqlı görüşündə isə “Fiorentina” güclü rəqibi “Yuventus”u darmadağın edib – 3:0.

Vacib oyunda xal itirməyən “İnter” 64 xalla (29 oyun) vahid liderdir. “Napoli”nin 61 (29 oyun), “Atalanta”nın 58 (29 oyun) xalı var. “Yuventus” 52 xalla (29 oyun) 5-ci pillədə mövqe tutub.