
BAKI, 16 mart. TELEQRAF
Çin Ukrayna ilə kənd təsərrüfatı və su ehtiyatları sahəsində iki əməkdaşlıq müqaviləsi imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə Çinin “Sohu” saytı məlumat yayıb.
Qeyd olunur ki, sazişlər Pekinin ABŞ ilə ticarət münasibətlərinin pisləşməsi fonunda qida idxalını diversifikasiya etmək istəyi ilə bağlıdır .
"Çin qeyri-sabit tərəfdaşlıqdan asılılığı azaltmaq üçün təchizat kanallarını genişləndirir", - mənbə izah edib.
Martın 14-də Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, Çin Ukraynadakı münaqişə ilə bağlı davamlı sülh sazişini dəstəkləyir. Çin ümid edir ki, münaqişənin bütün tərəfləri ədalətli, uzunmüddətli sülh sazişi əldə edə biləcəklər.