
BAKI, 17 mart. TELEQRAF
Almaniya Bundesliqasının 26-cı turunun mərkəzi oyunlarından birində “Ştutqart” öz meydanında “Bayer”ə uduzub – 3:4.
Teleqraf xəbər verir ki, matçın son dəqiqələrinə qədər leverkuzenlilər çətin durumda olublar. 88-ci dəqiqədə “Ştutqart”ın yarımmüdafiəçisi Anjelo Stiller avtoqolla qonaqları ümidləndirib.
Görüşün 90+4-cü dəqiqəsində isə “Bayer”in hücumçusu Patrik Şik komandasına qələbə qazandırıb.
26 turdan sonra “Bayer” 56 xalla “Bavariya”dan 6 xal geri qalaraq, ikinci pillədədir. “Ştutqart” 37 xalla 10-cu sırada mövqe tutub.