"SpaceX" şirkətinə məxsus "Crew Dragon" kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya yaxınlaşıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) saytında məlumat verilib.

Gəminin ekipaj üzvləri arasında rusiyalı kosmonavt Kirill Peskov da var. Peskovu ABŞ astronavtları Enn Makkleyn (komandir), Nikol Ayers (pilot) və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin astronavtı Takuya Onişi (missiya üzrə mütəxəssis) müşayiət edib.