
BAKI, 16 mart. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens özünü Donald Trampın varisi kimi görüb-görməməsi ilə bağlı sualı cavablandırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“Hazırda prezident seçkiləri haqqında düşünmürəm. Mənim işim öz vəzifələrimi səmərəli şəkildə yerinə yetirməyə diqqət yetirməkdir. Növbəti dörd il ərzində yüksək səviyyədə çıxış etsəm, qalan məsələlər öz-özünə həll olunacaq”, - deyə Vens vurğulayıb.
O əlavə edib ki, onun prioriteti siyasi ambisiyaları deyil, indiki işidir.