
BAKI, 16 mart. TELEQRAF
Futbol üzrə Fransa çempionatının 26-cı turunun “Monpelye” – “Sent-Etyenn” matçı tribunadakı iğtişaşlar səbəbindən yarımçıq dayandırılıb.
Teleqraf xəbər verir ki, bu barədə RMC telekanalı məlumat yayıb.
Yerli azarkeşlər meydançaya pirotexniki vasitələr atdıqlarından, oyun 57-ci dəqiqədə təxirə salınıb. Görüşün hakimi hesab 2:0 "Sent-Etyenn"in xeyrinə olarkən, komandaları paltardəyişmə otağına göndərib.
Qeyd edək ki, “Monpelye”nin 15 xalı var və turnir cədvəlində sonuncu -18-ci yerdədir. “Sent-Etyenn” isə 20 xalla 17-ci pillədə mövqe tutub.