
BAKI, 17 mart. TELEQRAF
Türkiyə Superliqasının 28-ci turunun oyununda “Fənərbağça” öz meydanında “Samsunspor”u məğlub edə bilməyib (0:0).
Teleqraf xəbər verir ki, qonaq komandanın futbolçusu Marius Muandilmaci 75-ci dəqiqədə meydandan qovulduğundan, “Fənər” matçın sonlarında say üstünlüyünə sahib olub.
Çempionluq yolunda vacib xallar itirən “sarı-lacivərdlilər” lider “Qalatasaray”dan 9 xal geri qalırlar. “Qalatasaray”ın 71 (27 oyun), “Fənərbağça”nın 62 xalı (26 oyun) var.