BAKI, 16 mart. TELEQRAF

Ənvər Həsənov sabah Buzovna qəbiristanlığında dəfn olunacaq.

Bu haqda Teleqraf-a Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

O deyib ki, Ə.Həsənov həyat yoldaşının yanında torpağa tapşırılacaq.

Xalq artisti Şüvəlan qəsəbəsində yerləşən evindən son mənzilə yola salınacaq.

***

20:56

Azərbaycanın Xalq artisti Ənvər Həsənov 75 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə jurnalist Vasif Ayan sosial şəbəkə hesabında yazıb.

O qeyd edib: "Çox böyük təəssüf hissi ilə bildirirəm. Əziz dostum, görkəmli sənətkar Ənvər Həsənov az öncə dünyasını dəyişdi. Qızı Aytən xəbəri göz yaşları içərisində mənə az öncə bildirdi. Çox sarsıldım. Ruhun şad olsun, Ənvər əmi. "Uşaqlığın son gecəsi" bitdi..."

Qeyd edək ki, Ə.Həsənov "Uşaqlığın son gecəsi" filmindəki Murad obrazı ilə Azərbaycan tamaşaçılarının sevgisini qazanmışdı.

Aktyor uzun müddət idi ki, ağır xəstəlikdən müalicə alırdı.

Qeyd edək ki, Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb. Xalq artisti üçüncü dəfə evində insult keçirib.