
BAKI, 16 mart. TELEQRAF
Təbrizin “Traktor” komandası İran çempionatında növbəti qələbəsini qazanaraq, liderliyə yüksəlib.
Teleqraf xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi 23-cü turun oyununda yerli azrkeşləri önündə “Gol Gohar”ı məğlub edib – 2:1.
Vacib 3 xal əldə edən “Traktor” 48 xalla (22 oyun) turnir cədvəlinə başçılıq edir. “Gol Gohar” 35 xalla (23 oyun) 5-ci yerdədir.
Təbriz təmsilçisinin çempionluq yolunda əsas rəqiblərindən “Persepolis” 47 xalla (23oyun) 2-ci, “Sepahan” 46 xalla (23 oyun) 3-cü pillədə mövqe tutur.