
BAKI, 16 mart. TELEQRAF
Ermənistan silahlı qüvvələri növbəti dəfə mövqelərimizi atəşə tutub.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir: "Martın 16-sı saat 20:10-dan 20:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Burun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub".
20.28
Martın 16-sı saat 18:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.
Teleqraf xəbər verir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.