
BAKI, 16 mart. TELEQRAF
ABŞ qırıcıları Yəmənin mərkəzində Əl-Bayda əyalətində texniki instituta, hərbi polis idarəsinə və Dhammar əyalətindəki emalatxanaya zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə üsyançılara yaxın "Al Masirah" telekanalı məlumat yayıb.
Bildirilir ki, Amerika qırıcıları bu gecə səkkiz hədəfə zərbə endirib. Ölən və yaralananlar barədə dəqiq məlumat verilmir.
Qeyd edək ki, martın 15-i prezident Donald Tramp ABŞ ordusuna Yəməndə husilərə qarşı hərbi əməliyyatlara başlamağı əmr edib. Daha sonra ABŞ Mərkəzi Komandanlığı Ənsarullah hərəkatına qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib. Əməliyyatın hədəfi Husilərin strateji məntəqələrini sıradan çıxarmaqdır. Məqsəd isə Amerikanın maraqlarını qorumaq, təhdidlərin qarşısını almaq və beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etməkdir.