.jpg)
BAKI, 16 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Yəməndə Husilər hərəkatına qarşı genişmiqyaslı hərbi əməliyyata hələ razılıq verməyib.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) Amerika rəsmilərinə istinadən yazır.
Bildirilir ki, buna səbəb ölkənin Yaxın Şərqdə yeni münaqişəyə cəlb olunacağından ehtiyatdır.
Milli təhlükəsizlik müşavirlərinin tərtib etdiyi plana görə, qrupun yeraltı arsenallarına hava hücumları bir neçə həftə davam edə bilər.