
BAKI, 17 mart. TELEQRAF
Bakı Hərbi Məhkəməsinin keçmiş hakimi Əlizeynal Zeynalov vəfat edib.
Bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.
Ə.Zeynalov martın 17-də qəfil dünyasını dəyişib.
Qeyd edək ki, Zeynalov Əlizeynal Kamil oğlu 1956-cı ildə Gəncə şəhərində anadan olub. Şəhərin 6 nömrəli məktəbində orta təhsil alıb.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Pokurorluq orqanlarinda müxtəlif vəzifələrdə çalışıb. Polkovnik-leytenant rütbəsi ilə təqaüdə çıxıb.
Azərbaycan Prezidentinin 3 sentyabr 2000-ci il tarixli sərəncamı ilə Bakı Hərbi Məhkəməsinin hakimi təyin olunub.
Məhkəmə-Hüquq Şurası 30 iyul 2007-ci ildə 30 hakimin səlahiyyətinə, səlahiyyət müddətləri başa çatması nəzərə alınmaqla xitam verib. Onlardan biri də Bakı Hərbi Məhkəməsinin hakimi Ə.Zeynalov olub.