
BAKI, 16 mart. TELEQRAF
ABŞ uzun müddətdir ölkənin iqtisadi və milli təhlükəsizliyini təhdid edən Yəmən üsyançılarının hərəkətlərinə son qoymaq niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
“Bir ildən artıqdır ki, ABŞ bayrağı ilə üzən ticarət gəmisi Süveyş kanalı, Qırmızı dəniz və ya Ədən körfəzindən təhlükəsiz keçə bilmir" - bəyənatda bildirilir.
Məlumata görə, Qırmızı dənizdən keçən gəmilərin sayı 25 mindən 10 minə düşüb.
Həmçinin qeyd edilir ki, 2023-cü ildən bəri husilər ABŞ-nin hərbi gəmilərinə 174, ticarət gəmilərinə isə 145 dəfə hücum edib.
Eyni zamanda Husilərin hücumları ABŞ və Böyük Britaniyaya gedən gəmilərin təxminən 75%-ni Afrika ətrafında hərəkət etməyə məcbur edib.