BAKI, 16 mart. TELEQRAF

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Husilərin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 100-dən çox insan yaralanıb.

***

06:45

ABŞ-nin Yəmənə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 13-ə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə "Al Masirah" telekanalı məlumat yayıb.

Bildirilir ki, Yəmənin paytaxtı Səna şəhərinə endirilən zərbələr nəticəsində 13 nəfər ölüb, 9 nəfər yaralanıb. Ölənlər arasında dörd uşaq və bir qadın var.