BAKI, 16 mart. TELEQRAF

Futbol üzrə İngiltərə Liqa Kubokunun sahibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, final oyununda “Nyukasl” məşhur “Uembli” stadionunda “Liverpul”u məğlub edib – 2:1.

Qeyd edək ki, “Nyukasl” klubu sonuncu dəfə 70 il öncə - 1955-ci ildə İngiltərədə kubok qazanıb. Həmin vaxt nyukasllılar FA kubokuna yiyələniblər.