BAKI, 17 mart. TELEQRAF

İspaniya La Liqasında 28-ci turun mərkəzi oyununda Madriddə “Atletiko” çempionluğa iddialı “Barselona”ya uduzub – 2:4.

Teleqraf xəbər verir ki, hesabı birinci hissınin son dəqiqəsində “Atletiko”dan Xulian Alvarez açıb. Oyunun 70-ci dəqiqəsində norveçli Aleksandr Sörlot Madrid klubunun üstünlüyünü iki topa çatdırıb.

Əzmkar oyun sərgiləyən “Barsa” oyunun sonlarında “Atletiko” azarkeşlərini şoka salıb.

Robert Levandovski 72-ci dəqiqədə vərqi azaldıb, 6 dəqiqə sonra Ferran Torres hesabı bərabərləşdirib. Oyuna əlavə edilən 2-ci dəqiqədə katalonların gənc ulduzu Lamin Yamal komandasını hesabda önə keçirib. Torres 90+8-ci dəqiqədə dubla imza ataraq, komandasını qələbəyə daşıyıb.

“Barselona” 60 xalla (27 oyun) ilk pillədədir. Liderdən bir oyun çox keçirən “Real Madrid”in də 60 xalı (28 oyun) var. “Atletiko” 56 xalla (28 oyun) 3-cü sırada qərarlaşıb.