BAKI, 16 mart. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət başçısı Donald Trampla telefonla danışıb.

Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki ölkə rəhbəri Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan bildirib: “Türkiyə və ABŞ-nin iki müttəfiq olaraq, yeni dövrdə əməkdaşlıqlarını həmrəylik, nəticə yönümlü və səmimi şəkildə inkişaf etdirəcəklərinə tam inanır”.

Danışıqlar zamanı Ərdoğan ABŞ Prezidentinin Rusiya ilə Ukrayna arasındakı müharibəni sona çatdırmaq üçün atdığı qətiyyətli və birbaşa təşəbbüsü dəstəklədiyini, Türkiyənin ədalətli və davamlı sülh üçün səy göstərdiyini bildirib.

İki ölkə rəhbəri Suriyada sabitliyin bərpa olunması istiqamətində fikir mübadiləsi aparıblar.

Prezident Ərdoğan ABŞ-dən Türkiyənin maraqlarını nəzərə alan terrorla mübarizə ilə bağlı addımlar gözlədiyini də söyləyib: "İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün CAATSA sanksiyalarına son qoyulmalıdır. F-16 istehsalı prosesi yekunlaşdırılmalı və Türkiyənin F-35 proqramında yenidən iştirakı sona çatdırılmalıdır".