BAKI, 16 mart. TELEQRAF

“Cənubi Qafqazdakı münaqişəyə son qoyulmalıdır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts sosial şəbəkə hesabında bildirib.

Məsələ ilə bağlı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə danışdığını vurğulayan muşavir, Azərbaycan və Ermənistanın böyük bir irəliləyiş əldə olunduğunu və sülh sazişi üzərində razılaşmanı məmnunluqla qarşıladıqlarını diqqətə çatdırıb.

"Biz sülh sazişini indi yekunlaşdırmalı, məhbusları azad etməli, regionu daha təhlükəsiz və firavan etmək üçün birgə işləməliyik", - deyə Uolts bildirib.

O əlavə olaraq qeyd edib ki, Amerika dünyaya sülh və rifah gətirəcək və bu məqsədə çatmaq üçün davamlı işlər görüləcək.