BAKI, 16 mart. TELEQRAF

Azərbaycan Dövlət YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası yarımçıq dayandırılıb.

Teleqraf xəbər verir ki, tamaşa zamanı aktyor Elşən Əsgərov dəmir asılqana ilişərək, ayağını zədələyib.

Bundan sonra aktyor tamaşaçılardan üzr istəyərək tamaşanın yarıda dayandırılmasını istəyib.

YUĞ Teatrının rəhbərliyi sosial şəbəkəə məsələ ilə bağlı üzrxahlıq edib. Mətndə deyilir: "Əziz tamaşaçılar! Bugünkü tamaşa zamanı aktyorumuzun səhhəti ilə bağlı gözlənilməz hadisə baş verdiyindən tamaşa yarımçıq dayandırılmışdır. Tamaşaçılarımıza göstərdikləri anlayış üçün təşəkkür edir, aktyorumuza tezliklə sağalmağı arzulayırıq".

Qeyd edək ki, YUĞ teatrının binası 2016-cı ildə sökülüb. Teatr binasız qalması səbəbindən tamaşalarını Azərbaycan Dövlət Kukla Teatrının kiçik məşq zalında göstərməli olur.