
BAKI, 16 mart. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Tərəflər Səudiyyə Ərəbistanında keçirilən son görüşdən sonra gələcək addımları müzakirə ediblər və ABŞ-Rusiya arasında əlaqələrin bərpası üçün işi davam etdirmək barədə razılığa gəliblər.
Dövlət katibi həmçinin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinə ABŞ-ın Yəməndə husilərə qarşı hərbi əməliyyatı barədə məlumat verib .