BAKI, 11 mart. TELEQRAF

Almaniyanın Frankfurt-Mayn şəhəri fentanilin yayılması səbəbindən narkotik böhranına sürüklənir.

Teleqraf xəbər verir ki, bu barədə “Bild” qəzeti yazır.

Nəşrin məlumatına görə, Frankfurt-Maynda heroin aludəçilərinin yarıdan çoxu fentanildən istifadə edir. Hakimiyyət narkotik epidemiyasının öhdəsindən gələ bilmir və vəziyyət nəzarətdən çıxmağa başlayır.

Narkotik böhranının miqyasını azaltmaq üçün rəsmilər konfrans keçirmək və xarici mütəxəssislərdən kömək istəmək niyyətindədirlər.