
BAKI, 11 mart. TELEQRAF
ABŞ-nin Missisipi ştatında tibb işçilərini daşıyan helikopter qəzaya uğrayıb.
Teleqraf verir ki, hadisə zamanı iki tibb işçisi və pilot həlak olub.
Məlumata görə, helikopter meşəyə düşüb. Eniş sərt olub və helikopter alovlanıb.
Hələlik hadisənin səbəbləri barədə məlumat verilmir.