BAKI, 11 mart. TELEQRAF

Gələn il Rusiyanın bir neçə şəhərində Liberal Demokrat Partiyasının (LDP) yaradıcısı Vladmir Jirinovskiyə heykəl qoyulacaq.

Teleqraf xəbər verir ki, federasiya 2026-cı ildə siyasətçinin anadan olmasının 80 illik yubileyini qeyd edəcək.

Bildirilir ki, LDP liderinin vətəni sayılan Alma-atıda (Qazaxıstan) da ona abidə qoyulması planlaşdırılır.

Daim Azərbaycana düşmən mövqeyi ilə seçilən Jirinovski 6 aprel 2022-ci ildə dünyasını dəyişib.