GƏNCƏ, 10 mart. TELEQRAF

Uzun müddət Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasının baş həkimi vəzifəsində çalışmış Namiq Nəbiyev vəfat edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, həkim-terapevt N.Nəbiyev yaşadığı evdə anidən dünyasını dəyişib.

69 yaşlı həkimin ürək çatışmazlığından öldüyü ehtimal edilir.

Qeyd edək, N.Nəbiyev Gəncədə tanınmış həkimlərdən olub.