
BAKI, 10 mart. TELEQRAF
Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan dövlət ittihamçılarının suallarını cavablandıran zaman bildirib ki, Robert Köçəryan onun rəhbəri olub.
Teleqraf xəbər verir ki, o, iş üzrə cinayətkar dəstənin üzvləri kimi adı keçən Zori Balayanla 1993-cü ildə, Vazgen Manukyanla isə 1994-cü ildə tanış olduğunu deyib.