
BAKI, 1 MART. TELEQRAF
Avstraliya Baş naziri Entoni Albanese Ukrayna Prezidenti Volodimir Zelenskinin amerikalı həmkarı Donald Trampla gərgin keçən görüşündən sonra Ukraynanı dəstəklədiyini bildirib.
Teleqraf xəbər verir ki, baş nazir bu barədə X şəbəkəsində yazıb.
“Prezident Zelenski Rusiyanın amansız və qanunsuz işğalı qarşısında öz xalqının rəmzi olan cəsarət və liderlik nümayiş etdirdi. Avstraliya bu çətin zamanda Ukrayna xalqını dəstəkləyir”, - Avstraliya hökumətinin başçısı vurğulayıb.
Albenese postuna Zelenski ilə fotosunu da əlavə edib.
Xatırladaq ki, Avstraliya Hind-Sakit okean regionunda ABŞ-nin ən mühüm hərbi müttəfiqidir. Hər iki ölkənin bölgədə əsas hədəfi son zamanlarda yerdə hərbi gücünü artıran Çindir.