
BAKI, 1 mart. TELEQRAF
“Hazırda TələbəPlus kartı 23 ali təhsil müəssisəsini və 7 regionu əhatə edir. 190 min tələbəyə endirim kartının paylanılmasını hədəfləmişik”.
Teleqraf xəbər verir ki, bu sözləri Təhsilin İnkişafı Fondu idarə heyətinin sədri Elnur Nəsirov deyib.
“Təbii ki, burada müəyyən gecikmələr ola bilir. Çalışırıq onları vaxtında tərəfdaşlarla birgə cavablandıraq. Tələbə endirim kartları bizdə yenidir, noyabr ayından başlayıb. Burada təcrübə lazımdır. 8-9 ay sonra nəticələr nədir, nələri dəyişmək olar - bu haqda danışmaq olar”, - o qeyd edib.
E. Nəsirov vurğulayıb ki, 350-dən çox şirkət , özəl və dövlət qurumları ilə müqavilələr bağlanılıb: “Onlar iaşə obyektləri, kafelər, muzeylər, teatrlar, nəşriyyatlar, tədris kursları sağlamlıq mərkəzləridir. Bunların dairəsi hər gün artır”.