
BAKI, 1 mart. TELEQRAF
Ağ Evdəki mübahisədən sonra Ukrayna nümayəndə heyəti ABŞ prezidenti Donald Trampın mineral resurslarla bağlı müqavilə barədə son qərarını təxminən bir saat gözləməli olub.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
“Ukrayna prezidenti Volodimir Zelenski ilə baş verən mübahisədən sonra Tramp və onun məsləhətçiləri Oval kabinetdə təxminən bir saat müzakirə aparıblar. Bu müddət ərzində Kiyev nümayəndə heyətinin üzvləri qonşu otaqda gözləyiblər. Onlar Zelenskinin səfərinə səbəb olan və xilasa ümid yeri sayılan müqavilənin imzalanacağına inanaraq gözləyiblər. Lakin onlara Ağ Evi tərk etməli olduqları bildirilib”, - məlumatda deyilir.