
BAKI, 1 mart. TELEQRAF
Bakının Nizami rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin mətbəxində 3 paq.m mətbəx mebeli və 1 ədəd paltaryuyan maşın yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Goronboy rayonunun Xasadarlı kəndində həyətyanı sahədə yığılan 18 ton ot bağlaması yanıb.
Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Daha bir yanğın Şəmkirdə baş verib. Şəmkir rayonunun Kür qəsəbəsində ümumi sahəsi 130 m² olan talvarın yanar konstruksiyaları 20 m² sahədə yanıb. Talvarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.