BAKI, 1 mart. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi nümayəndə heyətinin təyyarəsi ABŞ-dən Böyük Britaniyaya yola düşüb.
Teleqraf xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Ukrayna hökumətinə aid təyyarə bu gün 7:53-də ABŞ-nin hərbi bazasından havaya qalxıb və London istiqamətində hərəkət edir”,- məlumatda deyilir.
Qeyd edək ki, V.Zelenskinin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-də səfərdə idi.