
BAKI, 1 mart. TELEQRAF
BOTAŞ-ın martda məişət istehlakçıları üçün paylayıcı şirkətlərə tətbiq edəcəyi satış qiyməti 1000 kubmetr təbii qaz üçün 5 min 631 lirə təşkil edəcək.
Teleqraf xəbər verir ki, çörək istehsalçıları üçün tarif 1000 kubmetr təbii qaz üçün 8 min 549 lirə olaraq müəyyən edilib.
Elektrik enerjisi istehsalı tariflərinə gəlincə, 1000 kubmetr təbii qazın qiyməti 12 min lirə müəyyən edilib.
Qeyd edək ki, Türkiyədə təbii qazın qiymət tarifləri aylıq hesablanır.
Qurumun internet saytında yer alan məlumata görə, “Məişət Enerji Qiymətləri İndeksinə əsasən, Türkiyə Ukraynadan sonra Avropa ölkələri arasında ən aşağı təbii qaz qiymətinə malik ölkədir.