BAKI, 1 mart. TELEQRAF

"Bavariya" bu mövsüm Almaniya Bundesliqasının ilk 24 turunda 72 qol vurub.

Teleqraf xəbər verir ki, bu, çempionat tarixində ikinci ən yaxşı nəticədir.

Bundesliqanın eyni oyun sayında daha çox qol yalnız 2021/2022 mövsümündə vurulub - 75. Bu rekord da "Bavariya"ya məxsusdur.

Münhen təmsilçisinin vurduğu 72 qoldan 21-ni Harri Keyn vurub. Komandanın ikinci bombardiri isə 11 qolla Camal Musialadır.

Qeyd edək ki, Bundesliqada qolların sayına görə ikinci komanda "Bayer Leverkusen"dir. "Bavariya"dan 11 xal geri qalan son çempion 23 oyunda 51 qol vurub.