BAKI, 26 fevral. TELEQRAF

İranın paytaxtı Tehranda enerjiyə qənaət məqsədilə məktəblər sabah bağlanacaq.

Teleqraf "İRNA"ya istinadla xəbər verir ki, soyuq hava və enerjiyə qənaət səbəbindən Tehranda universitetlər istisna olmaqla, bütün təhsil ocaqları distant formata keçib.

Dünyanın ən böyük təbii qaz və neft ehtiyatlarına malik ölkələrdən biri olan İran son aylarda iqtisadi sanksiyaların ağır təzyiqi üzündən ciddi enerji böhranı yaşayır.