
BAKI, 26 fevral. TELEQRAF
Türkiyə Xarici İşlər Nazirliyi sosial media hesabında Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı paylaşım edib.
Teleqraf xəbər verir ki, qardaş ölkənin xarici siyasət qurumu paylaşımında Türkiyənin Azərbaycanın bu ağrısına şərik olduğunu bildirib.
“Bundan 33 il əvvəl Xocalıda qətlə yetirilən günahsız azərbaycanlı qardaşlarımızın əziz xatirəsini rəhmət və ehtiramla yad edir, can Azərbaycanın ağrısını qəlbimizdə daşıyırıq”, - mesajda deyilir.