
ABŞ Dövlət Departamenti Amerikada keçiriləcək idman yarışlarında iştirak etmək istəyən cinsi azlığın nümayəndəsi olan xarici vətəndaşlara viza verilməməsinə dair qərar qəbul edib.
Teleqraf "The Guardian"a istinadla xəbər verir ki, viza müraciətlərində cinsləri haqqında yanlış məlumat verənlərə ömürlük viza qadağası tətbiq ediləcək.
ABŞ dövlət katibi Marko Rubionun imzaladığı direktivdə deyilir : "Ərizəçilərin cinsiyyətlə bağlı yalan məlumat verməsi üzə çıxarsa, onlara həmişəlik ABŞ-yə səfər etmək qadağası qoyulsun".
Təlimat Donald Trampın fevralın 5-də trans idmançıların qadın idmanlarında yarışmasını qadağan edən sərəncamından sonra verilib.