
BAKI, 26 fevral. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubuna zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin rəhbəri İsrael Katz məlumat verib.
Onun sözlərinə görə, bu hücumlar İsrail tərəfinin Suriyanın cənub bölgələrini "sakitləşdirmək" siyasətinə xidmət edir.
“Vətəndaşlarımızın təhlükəsizliyini riskə atmayacağıq, Suriya rejimi qüvvələrinin və terror təşkilatlarının burada möhkəmlənmək cəhdi atəşlə qarşılanacaq”, - o əlavə edib.