BAKI, 26 fevral. TELEQRAF

Somali Silahlı Qüvvələri Hiraan və Orta Şebel bölgələrində həyata keçirdiyi silsilə hava hücumları və quru əməliyyatları nəticəsində 70-dən çox "Əl-Şəbab" terrorçusunu öldürüb.

Teleqraf xəbər verir ki, bu barədə Somali İnformasiya Nazirliyinin press-relizində deyilir.

“Milli ordunun və yerli silahlı birləşmələrin koordinasiyalı əməliyyatları nəticəsində 70-dən çox ekstremist məhv edilib”, - deyə sənəddə bildirilir.

Həmçinin qeyd olunur ki, dəstələrdən külli miqdarda silah-sursat ələ keçirilib.