BAKI, 26 fevral. TELEQRAF

İran və Rusiya əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensiala malikdir.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovla görüşündə İslam Respublikasının Prezidenti Məsud Pezeşkian deyib.

"İran və Rusiyanın əməkdaşlığı gücləndirmək üçün geniş imkanları var və biz Moskva ilə qarşılıqlı əlaqələri gücləndirməkdə qərarlıyıq", - o bildirib.

İran prezidenti əlavə edib ki, İran və Rusiyanın bir çox regional məsələlərdə də oxşar baxışları var. Tərəflər regional və qlobal səviyyədə əməkdaşlığı ikitərəfli qarşılıqlı fəaliyyətlər, həmçinin ŞƏT, Aİİ və BRİKS təşkilatları vasitəsilə gücləndirməkdə davam edəcəklər.

İran prezidenti ilə görüşdə Sergey Lavrov bildirib ki, onun bu səfəri Rusiya-İran Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin həyata keçirilməsi istiqamətində atılan addımlardan biridir.