
BAKI, 26 fevral. TELEQRAF
ABŞ gələcəkdə Rusiyaya qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirə bilər, lakin hazırda müvafiq razılaşmalar yoxdur.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbətində deyib.
“Düşünürəm ki, nə vaxtsa belə olacaq, amma indi biz heç kimə qarşı sanksiyaları ləğv etmək barədə razılığa gəlməmişik”, - ABŞ lideri anti-Rusiya sanksiyaları ilə bağlı suala cavab olaraq deyib.