
BAKI, 26 fevral. TELEQRAF
Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyinin, müvafiq qurumların nümayəndələrindən ibarət olan Xüsusi Təftiş komissiyası yaradılıb. İndiyə kimi Təftiş Komissiyasının beş iclası keçirilib.
Teleqraf xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsinin ziyarətindən sonra jurnalistlərə açıqlamasında deyib.
"Ümumilikdə 96 plastik cərrahiyyə ilə məşğul olan mütəxəssis öz sənədlərini təqdim edib. İndiyə qədər Xüsusi Təftiş Komissiyası tərəfindən 40 plastik cərrahın sənədi yoxlanılıb. Bu yöndə tam şəffaf şəkildə bütün araşdırmalar aparılıb. Komissiyanın fəaliyyətinin sonunda Səhiyyə Nazirliyinin rəsmi saytında Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin rəsmi siyahısı təqdim olunacaq",- nazir diqqətə çatdırıb.