.jpg)
BAKI, 26 fevral. TELEQRAF
Azərbaycandakı dini konfessiyaların rəhbərləri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət ediblər.
Teleqraf xəbər verir ki, ziyarətdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və digər dini konfessiyaların rəhbərləri iştirak ediblər.
Din xadimləri abidənin qarşısına gül dəstələri qoyaraq, Ermənistanın etnik təmizləmə və soyqırımı siyasətinin qurbanlarının xatirəsini böyük ehtiramla yad ediblər.