
BAKI, 26 fevral. TELEQRAF
Kolumbiya Prezidenti Qustavo Petro Ukrayna lideri Volodimir Zelenskinin ABŞ ilə mineral ehtiyatların işlənməsinə dair mümkün razılaşmasını axmaqlıq adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə prezident "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Kolumbiya prezidenti vurğulayıb ki, ukraynalılar slavyan qardaşları ilə vuruşurlar və sonda öz ölkələrini amerikalılara verirlər.
“Zelenskinin axmaqlığı ondan ibarətdir ki, o, Qərbi avropalılar tərəfindən manipulyasiya edilməsinə icazə verib. Axmaqlıq!” - dövlət başçısı paylaşımında deyib.