BAKI, 26 fevral. TELEQRAF

Rusiya ordusu gecə saatlarında pilotsuz təyyarələrlə Ukraynanın Kiyev vilayətinə zərbələr endiriblər. Zərbələr nəticəsində bir nəfər həlak olub, iki nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə vilayət rəhbərliyi məlumat yayıb.

Zərbələr Buçanski rayonunda ikimərtəbəli fərdi evdə yanğına səbəb olub. Yanğın nəticəsində bir nəfər həyatını itirib. İki yaralı xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, Buçanski rayonuna hücum nəticəsində beş fərdi yaşayış evi, dörd çoxmərtəbəli yaşayış binasının mənzilləri, iki qaraj, üç avtomobil zərər görüb.