BAKI. 26 fevral. TELEQRAF

Argentina millisinin futbolçusu Lionel Messinin çıxış etdiyi ABŞ-nin “İnter Mayami” komandası CONCACAF Çempionlar Kubokunda 1/8 finala yüksəlib.

Teleqraf xəbər verir ki, 1/16 final mərhələsinin cavab oyununda "İnter Mayami" "Sportinq Kanzas Siti"ni məğlub edib - 3:1.

Fort Loderdeyl şəhərindəki "Çeyz" stadionunda baş tutan görüşdə meydan sahibləri ilk hissədə üç dəfə fərqlənib. Qolları Lionel Messi, Luis Suares və Tadeo Alyende vurub. Qonaqların yeganə qoluna Memo Rodriges imza atıb.

Qeyd edək ki, ilk oyunda da "İnter Mayami" qələbə qazanmışdı - 1:0.