BAKI, 26 fevral. TELEQRAF

"Ağdamda Pənahəli xanın imarət kompleksi yaradılıb".

Teleqraf xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Adil Kərimli Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarəti zamanı jurnalistlərə verdiyi açıqlamasında bildirib.

O bildirib ki, bunlar davamlı olaraq həyata keçirilməkdədir.

"Təbii ki, Memorial kompleksin layihəsi təməlqoyması həyata keçirilib. Bilirsiniz, bununla bağlı Heydər Əliyev Fondu tərəfindən layihənin icrası həyata keçiriləcək. Artıq təsdiq edilmiş layihə var. Həmin layihənin icrasına başlanılacaq".