
BAKI, 26 fevral. TELEQRAF
Sudanın Omdurman şəhərində hərbi təyyarə qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədə Sudanın “Alrakoba” qəzeti hərbi mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, təyyarənin göyərtəsində olan ekipaj üzvləri və bir neçə zabit ölüb.
Qəzaya səbəb Sudan ordusuna məxsus olan təyyarənin texniki nasazlığı göstərilir.